"Sabahdan sülhməramlılar ölkəni tərk edəcəklər" - Tokayev açıqladı

12-01-2022, 16:59           
Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Sülhməramlı Kontingenti sabahdan başlayaraq Qazaxıstanı tərk edəcək.
Teref.az AzVision.az-a istinadən xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb. Saytlar Qazaxıstan prezidenti Kasım-Jomart Tokayevə istinad ediblər.
Tokayev həmçinin qeyd edib ki, KTMT-nin Qazaxıstandakı missiyasını uğurlu hesab edib.

Xatırladaq ki, Qazaxıstanda kütləvi etirazlar 2022-ci ilin yanvar ayının ilk günlərində başlayıb. Xalqın tələbi maye qazın qiymətinin aşağı salınmasından ibarət olub. Yanvarın 4-5-də isə Almatı şəhərində etirazçılarla təhlükəsizlik qüvvələri arasında toqquşmalar baş verib. Polis gözyaşardıcı qaz və səs bombalarından istifadə edib. Bütün Qazaxıstanda internet bağlanıb, bir sıra telekanalların yayımı müvəqqəti dayandırılıb.

Yanvarın 5-də Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev Mangistau və Almatı vilayətlərində, həmçinin Almatı və Nur-Sultanda iki həftəlik fövqəladə vəziyyət elan edib. Sonradan fövqəladə vəziyyət bütün ölkə ərazisinə şamil edildi. Vəziyyətin gərginliyini nəzərə alan ölkə prezidenti Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına(KTMT) müraciət edərək Qazaxıstana sülhməramlı kontingentin yeridilməsini xahiş edib. Hazırda Qazaxıstanda KTMT ölkələrin sülhməramlıları ictimai asayişin bərpasında iştirak edir. Kasım-Jomart Tokayev yanvarın 11-də parlamentin aşağı palatasında çıxışı zamanı deyib ki, KTMT sülhməramlı kontingentinin Qazaxıstandan çıxarılmasına iki gündən sonra başlanacaq və bu proses 10 gün ərzində yekunlaşacaq.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.