Qazax nazir onu təhqir edən Primakova cavab verdi

12-01-2022, 17:50           
Qazax nazir onu təhqir edən Primakova cavab verdi
Əvvəlki vəzifələrimdə Rusiya və digər tərəfdaşlarla səmərəli iş aparmağa çalışmışam, həmçinin Moskva ilə müttəfiqlik əlaqələrinin vacibliyini də anlayıram.

Axar.az xəbər verir ki, bunu Qazaxıstanın yeni informasiya və ictimai inkişaf naziri Əsgər Umarov deyib.

“Mən təsvir etməyə çalışdıqları kimi deyiləm. Çalışdığım bütün vəzifələrdə rusiyalı və digər tərəfdaşlarla səmərəli iş aparmağa çalışmışam. Ümumi tarix, o cümlədən Qələbə Günü ilə bağlı birgə yaxşı layihələr işləmişik. Rusiya ilə müttəfiqlik münasibətlərinin bizim üçün nə qədər vacib olduğunu başa düşürəm. Rusiya Federasiyasının ölkəmizə dəstəyi hörmət və minnətdarlıq doğurur”, - Umarov bildirib.

Umarov tolerantlıq və xalqlar dostluğu prinsiplərinə, Qazaxıstan xalqının birliyinə və qonşularla qardaşlıq münasibətlərinə sadiqliyini bir daha təsdiqləmək istədiyini deyib:

“Biz faydalı təcrübə mübadiləsi apara biləcəyimiz Rusiya və digərləri ilə ortaq istək yaratmağı planlaşdırırıq. Ümumi mənafe üçün birlikdə işləməyə hazırıq”.

Qeyd edək ki, Rusiyanın MDB İşləri üzrə Federal Agentliyi Qazaxıstanın yeni informasiya və ictimai inkişaf naziri Əsgər Umarovla işləməkdən imtina etmişdi. Agentliyin rəhbəri Yevgeni Primakov Umarovu rusofob adlandıraraq onu təhqir etmişdi.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.