Nazarbayevin qızı ölkədə baş verənlərdən yazdı: - Amansız dərs...

13-01-2022, 11:30           
Nazarbayevin qızı ölkədə baş verənlərdən yazdı: - Amansız dərs...
Ölkəmizdə baş verən faciəli hadisələri ürək ağrısı ilə yaşayıram. Qurbanlara və ölənlərə görə ağrı və təəssüf hissini ifadə etməyə söz tapmıram. Teref.az axar.az-a istinadən xəbər verir ki, bunu Qazaxıstanın keçmiş prezidenti Nursultan Nazarbayevin qızı Aliyə Nazarbayeva özünün Feysbuk səhifəsində yazıb.

“Hamımız üçün bu amansız dərs tariximizdə sonuncu olacaq. İnsanların sülh dövründə ölməsi düzgün deyil. Həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verirəm”, - Nazarbayeva bildirib.

Nazarbayeva atasını dəstəkləyən qazaxıstanlılara da təşəkkür edib:

“Atama verdiyiniz mənəvi dəstəyə görə təşəkkür edirəm. Bu günlərdə müxtəlif regionların sakinlərindən çoxlu mesajlar alır”.

Qeyd edək ki, Nazarbayevin kiçik qızı olan Aliyə biznes, ictimai fəaliyyət, xeyriyyəçilik və film prodüserliyi ilə məşğul olur. 2017-ci ildən Ekoloji Təşkilatlar Assosiasiyasına rəhbərlik edir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru