Türkiyə parlamenti Qazaxıstanla bağlı bəyanat qəbul etdi

13-01-2022, 15:01           
Türkiyə parlamenti Qazaxıstanla bağlı bəyanat qəbul etdi
Türkiyə Böyük Millət Məclisi Qazaxıstandakı hadisələrlə bağlı bəyanat yayıb.

Axar.az xəbər verir ki, bəyanatı parlamentin sədri Mustafa Şəntop və AKP, MHP, CHP, İYİ Partiyasının qrup rəhbərləri imzalayıblar.

Bəyanatda Qazaxıstanda baş verən hadisələrin narahatlıqla izləndiyi, sülhün və əmin-amanlığın bölgə üçün də mühüm əhəmiyyət kəsb etdiyi qeyd olunub. Eyni zamanda ictimai asayişin pozulması ilə müşayiət olunan hadisələr pislənilib, Türkiyə dövlətinin bundan sonra da Qazaxıstana hər cür dəstək verməyə davam edəcəyi vurğulanıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru