TÜRK DÖVLƏTLƏRİ TƏŞKİLATI PUTİNİ NİYƏ NARAHAT EDİR? – Yaxud Ərdoğan və Putinin türk və rus dünyasına baxışlarında nə kimi fərqlər mövcuddur…

14-01-2022, 08:05           
TÜRK DÖVLƏTLƏRİ TƏŞKİLATI PUTİNİ NİYƏ NARAHAT EDİR? –
“Rəcəb Tayyib Ərdoğanın türk dünyasına baxışı Vladimir Putinin rus dünyasına baxışından fərqli olaraq, dinlə, hətta türk milliyətçiliyi ilə daha az bağlıdır”.

Qafqaz.media xəbər verir ki, bu, Praqalı şərhçi Harun Sidorovun fikridir. Sidorov deyir ki, türk dünyası eyni zamanda mövcud beynəlxalq sistemə daha uyğundur və uğur qazanma ehtimalı da daha yüksəkdir.
Şərhçi qeyd edir ki, Türk Şurasının Türk Dövlətləri Təşkilatına çevrilməsinin ən mühüm cəhətlərindən biri onun müşahidəçi qismində iştirakçı statusunda nə müsəlman, nə də türk olmayan Macarıstanı daxil etməsidir. Digər cəhət isə Təşkilatın türk, lakin pravoslav xristian olan qaqauzlara kifayət qədər maraq göstərməsini açıq şəkildə bildirməsidir. Bu, Türkiyənin rəhbərlik etdiyi quruma digər qeyri-türk və qeyri-müsəlman ölkələrin də daxil edilməsinə yol açır.

“Ən azı müşahidəçi statusuna əsas namizədlərdən biri pravoslav xristian, lakin Krım tatarlarını fəal dəstəkləyən Ukraynadır. Krım taraları Rusiya tərəfindən işğal və ilhaq olunmuş ərazilərdə yaşayırlar. Təşkilatın qəbul etdiyi "Türk dünyasına Qlobal Baxış 2040"-ın da “dini baxımdan neytral xarakter daşıması” və dövlətlərin ərazi bütövlüyünü dəstəkləməsi, yəni xoş məramı o deməkdir ki, bu təşkilat Putin Rusiyasının sərgilədiyi təhdid kimi dinindən, milli mənsubiyyətindən asılı olmayaraq, üzvü olduğu dövlətlər üçün təhdid təşkil etmir və bu da ona qəbul ehtimallarını daha da artırır. İdeoloji cəhətdən belə neytral yanaşma TDT-nı praktiki yönümlü layihə kimi daha cəlbedici edir”, - deyə Sidorov davam edir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.