Türkiyənin ilk mini peyki fəzaya buraxıldı

14-01-2022, 08:27           
Türkiyənin ilk mini peyki fəzaya buraxıldı
Türkiyənin ilk mini peyki – “Grizu-263A” Ankara vaxtı ilə saat 18:25-də ABŞ-ın Florida ştatındakı Kanaveral burnundakı kosmodromdan uğurla fəzaya buraxılıb.

Ölçüləri baxımından cib peyki adlandırılan cihaz Türkiyənin Zonquldak vilayətinin Bülənt Əcəvit Universitetinin mühəndislik fakültəsi tələbələrindən ibarət kosmos komandası tərəfindən əsas rabitə ehtimallarının həyata keçirilməsi məqsədilə hazırlanıb. Peyk “Space X” şirkətinin “Falcon 9” raketi ilə orbitə göndərilib.

Peykin 525 kilometrə yaxın aşağı yer orbitində 4 il 8 ay xidmət göstərməsi planlaşdırılır.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru