KTMT: Yanvarın 19-dək bütün sülhməramlılar Qazaxıstanı tərk edəcəklər

16-01-2022, 09:08           
KTMT: Yanvarın 19-dək bütün sülhməramlılar Qazaxıstanı tərk edəcəklər
Stanislav Zas: "Ölkə normal həyata qayıdır"

“Kollektiv Təhlükəsizlik Müqavilə Təşkilatının (KTMT) sülhməramlı qüvvələrinin bütün kontingenti yanvarın 19-dək Qazaxıstandan çıxarılmalıdır”.

AYNA-nın məlumatına görə, bunu KTMT-nin baş katibi Stanislav Zas “Belarus-1” telekanalının efirində bildirib.

O əlavə edib ki, Qazaxıstanda hazırda vəziyyətin normala qayıtdığını söyləmək, yəqin ki, tam doğru olmaz: "Qazaxıstanın bütün bölgələrində fövqəladə vəziyyət hələ də aradan qaldırılmayıb. Ancaq vəziyyət yaxşılaşır, dönüş nöqtəsi artıq gəlib və deyə bilərik ki, ölkə normal həyata qayıdır”.

KTMT-nin baş katibi əlavə edib ki, Qazaxıstanın hüquq-mühafizə, habelə xüsusi xidmət orqanlarının qarşıda hələ çox işi var: “Prinsipcə, son günlər olduğu kimi artıq atışma və misli görünməmiş hadisələr yoxdur”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru