Türkiyədə BMT-nin əməkdaşının meyiti tapıldı

17-01-2022, 08:18           
Türkiyədə BMT-nin əməkdaşının meyiti tapıldı
BMT-nin əlaqələndirici üzvü, Kanada vətəndaşı Maykl Kriftin cəsədi Türkiyənin Erciyes dağ-xizək kurortunda xilasedicilər tərəfindən tapılıb.

Qaziantepdən Kayseriyə xizək sürməyə gələn 3 nəfər Erciyes xizək kurortunda Hisardjik Kapı vadisində qar uçqunu altında qalıb.

"Axtarış-xilasetmə qrupları 2 nəfəri xilas edib, uçqun altında qalan 1 nəfərin axtarışları isə davam edib.

Qurupların -25 dərəcədə apardığı axtarışlar zamanı uçqun altında qalan şəxsin cəsədi aşkar edilib. Ölən şəxsin Qaziantepdə BMT-nin əlaqələndirici üzvü kimi çalışan Kanada vətəndaşı Maykl Krift olduğu üzə çıxıb”, deyə nəşr qeyd edib.
RİA Novosti












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru