Ermənistan Türkiyə ilə münasibətləri normallaşdırmaq üçün şərtləri açıqlayıb

18-01-2022, 11:15           
Ermənistan Türkiyə ilə münasibətləri normallaşdırmaq üçün şərtləri açıqlayıb
“Yerevan Türkiyə ilə ikitərəfli münasibətlərin normallaşdırılması imkanlarına dair daha məzmunlu müzakirələr gözləyir”.

“Report” xəbər verir ki, bunu Ermənistanın Türkiyə üzrə xüsusi nümayəndəsi Ruben Rubinyan deyib.

“Yerevan növbəti görüşdə Ankara ilə daha məzmunlu danışıqların olacağını gözləyir. Əgər gündəm kifayət qədər ciddi və məzmunlu olarsa, o zaman müxtəlif görüşlər və ya onların keçirilməsi formatları haqqında düşünə bilərik. Amma məncə bu mövzu haqqında danışmaq tezdir”,- Rubinyan “Azadlıq” radiosuna müsahibəsində bildirib.

Onun sözlərinə görə, rəsmi Yerevan substantiv danışıqların aparılmasında maraqlıdır: “Əsl problem, ilk növbədə, sərhədlərin açılmasıdır. İkincisi, diplomatik münasibətlərin qurulması. Biz mümkün olan hər şeyi edirik”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru