Ərdoğandan SƏRT XƏBƏRDARLIQ: "Yaxın dostum Putinə mesaj göndərdim ki..." - VİDEO

19-01-2022, 08:05           
Ərdoğandan SƏRT XƏBƏRDARLIQ:
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarı Vladimir Putinə xəbərdarlıq edib.

Bizim.Media TRT-yə istinadən xəbər verir ki, səfərindən sonra jurnalistlərin suallarını cavablandıran Türkiyə lideri Ukraynanın işğalını mümkünsüz sayıb:

"Rusiyanın Ukraynaya müdaxiləsi ilə bağlı mən yaxın dostum Putinə mesaj göndərdim ki, Rusiya bu addımı atmazdan əvvəl dünyadakı vəziyyəti və öz vəziyyətini təhlil etməli və bunun Rusiya üçün nələrə başa gələcəyini anlamalıdır. Rusiyanın Ukraynaya müdaxiləsinin real ehtimalını görmürəm. Çünki Ukrayna qeyri-adi ölkədir. Ukrayna güclü ölkədir".

Azərbaycan Prezidenti İlham Əliyevin Ukraynaya səfərini xatırladan Ərdoğan bildirib ki, azərbaycanlı həmkarı ilə səfərin yekunlarını müzakirə edəcək:

"Azərbaycan Prezidenti İlham Əliyev Ukraynada idi. Cənab İlham Əliyevlə danışacağam. Artıq savaşı siyasət tarixindən silib atmalıyıq. "Bir ölkənin torpaqlarını zəbt edim, götürüm" məntiqi ilə işlər getməz. Məsələn, Ukraynada Rusiya nə etdi, Krımı aldı. Krımın işğalına qarşı olduğumuzu hər dəfə cənab Putinə deyirəm".













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.