Türkiyədə güclü qar Superliqa matçını yarımçıq saxladı - VİDEO 19-01-2022, 08:07 Türkiyə Superliqasının bu gün keçirilən "Qaziantep" - "Yeni Malatyaspor" matçı yarımçıq dayandırılıb."TRT Sport"a xəbər verir ki, görüşün baş hakimi fasilədən sonra komandaların güclü qar səbəbindən meydana çıxmasına icazə verməyib. Bu qararla razılaşmayan "Yeni Malatyaspor"un baş məşqçisi Marius Sumudika qırmızı vərəqə ilə cəzalandırılıb. Facebook-da paylaş