Türkiyə prezidentindən terrorla mübarizəyə dair yeni qərar

19-01-2022, 11:19           
Türkiyə prezidentindən terrorla mübarizəyə dair yeni qərar
Türkiyə prezidentindən terrorla mübarizəyə dair yeni qərar
Türkiyədə Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının qərarı ilə 2013-cü ildə Nazirlər Kabinetinin müəyyən şəxslər, təşkilatlar və ya təşkilatların sahibliyində olan sərvətlərinin dondurulması ilə bağlı qərarındakı siyahıda dəyişiklik edilib.
Bizimyol.info xəbər verir ki, rəsmi qəzetdə dərc olunan məlumata görə, Türkiyə prezidentinin qərarında bildirilir ki, “B-DEAŞ ilə əlaqəli hüquqi şəxslər, qurumlar və ya təşkilatlar" başlıqlı siyahıya daxil olan “Əl-Harameyn İslam Vəqfi, Əl-Haramin İslam Vəqfi (Somali) və Əl-Harameyn Vəqfi və Əl Qaidə (İndoneziya)" ləğv edildi.

Türkiyə prezidenti və AKP sədri Rəcəb Tayyib Ərdoğanın imzaladığı qərar 6415 saylı “Terrorun maliyyələşdirilməsinin qarşısının alınması haqqında” qanunun 5-ci maddəsinə əsaslanıb.

Qeyd edək ki, qərara qarşı 60 gün ərzində Dövlət Şurasında iddia qaldırıla bilər.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.