Ərdoğanın Putin və Zelenskiyə dəvəti nəyi dəyişə bilər?

19-01-2022, 15:58           
Ərdoğanın Putin və Zelenskiyə dəvəti nəyi dəyişə bilər?
Əgər Putin və Zelenski gərginliyin azalması üçün vasitəçi axtarırlarsa, görüş üçün ən optimal məkan Türkiyədir. Yaxşı təşəbbüsdür. Qərb paytaxtlarından fərqli olaraq, Ankaranın həm Moskva, həm də Kiyevlə tərəfdaşlıq münasibətləri var.

Axar.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğanın həmkarları Vladimir Putin və Vladimir Zelenskini Türkiyəyə dəvət etməsi barədə danışarkən deyib.

“Rusiya–Ukrayna müharibəsinin Türkiyə üçün də geosiyasi və geoiqtisadi mənada mənfi nəticələri olacaq. Putin və Zelenski Ankarada görüşə bilərlər. Ancaq bu, mövcud məsələlərin həlli üçün yetərli deyil. Problem ondadır ki, Rusiya Krımdan və Donbas separatçılarına dəstəkdən, Kiyev isə öz ərazilərini geri qaytarmaq təşəbbüslərindən əl çəkən deyil. Türkiyənin vasitəçiliyi sadəcə Rusiya-Ukrayna müharibəsini bir müddət gecikdirə bilər. Ancaq bunun özü də kiçik nəticə kimi qiymətləndirilə bilər”, - politoloq bildirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru