Türkiyəyə son 50 ilin ən güclü qarı yağdı

20-01-2022, 08:03           
Türkiyəyə son 50 ilin ən güclü qarı yağdı
Türkiyənin cənubundakı Qaziantep vilayətində son 54 ilin ən güclü qarı nəqliyyat əlaqələrini iflic edib.

Əyalətin müxtəlif rayonlarında qar örtüyünün qalınlığı 0,5-1 metr arasında olub.

Qar səbəbindən yükdaşıma üçün istifadə olunan şəhərlərarası marşrutları bağlanıb.

Türkiyə Müdafiə Nazirliyi dağlıq ərazilərdə blokadada olan əhalinin təxliyəsi üçün bölgəyə iki hərbi helikopter göndərib. Respublika Fövqəladə Hallar Departamenti və yerli icra hakimiyyəti orqanları yolların təmizlənməsinə 900-ə yaxın xüsusi texnika cəlb edib.

Qaziantepdə bir metrlik qar təbəqəsi sonuncu dəfə 1968-ci ildə qeydə alınıb.
Mənbə:Milliyet












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru