Türkmənistan və Türkiyə arasında müntəzəm uçuşların bərpası gözlənilir

20-01-2022, 18:50           
Türkmənistan və Türkiyə arasında müntəzəm uçuşların bərpası gözlənilir
“Türk Hava Yolları” pandemiya müddəti ərzində Türkmənistanla 26 uçuş həyata keçirib. Yaxın zamanlarda Türkmənistan və Türkiyə arasında müntəzəm uçuşların bərpası gözlənilir.

AZƏRTAC xəbər verir ki, bu barədə Türkiyənin Türkmənistandakı səfiri Toqan Oral yerli media nümayəndələrinə açıqlamasında bildirib.

Ötən ilin 11 ayında Türkmənistanın Türkiyəyə ixracı 50 faiz və ya 49 milyon ABŞ dolları artıb. Türkiyənin Türkmənistana ixracı 27,2 faiz artıb, iki ölkə arasında ümumi ticarət dövriyyəsi isə 1,9 milyard ABŞ dolları keçib.

Pandemiyaya baxmayaraq, iki ölkə arasında ticarət-iqtisadi və siyasi əlaqələrin 2021-ci ildə də inkişaf etdiyini bildirən səfir Türkmənistan-Türkiyə iqtisadi əməkdaşlıq üzrə dialoqun növbəti iclası və üçtərəfli Azərbaycan-Türkiyə-Türkmənistan sammitinin bu il Aşqabadda keçiriləcəyini vurğulayıb.

Türkmənistan, İran və Azərbaycan arasında üçtərəfli qaz mübadiləsi sazişi və 2021-ci ildə imzalanmış Xəzər dənizindəki “Dostluq” karbohidrogen yatağının birgə işlənməsinə dair Türkmənistan və Azərbaycan arasında anlaşma memorandumu mühüm əhəmiyyət kəsb edir.

Türkiyə diplomatı müqavilələrin Türkmənistanı təbii qaz ixracını şaxələndirməyə təşviq edəcəyini deyərək, “Dostluq” yatağından hasil edilən qazın TANAP vasitəsilə Avropa ölkələrinə ixrac olunacağını qeyd edib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.