“Türkiyə və ABŞ-ın F-16-ların tədarükü barədə danışıqları yaxşı keçib” - Hulusi Akar

24-01-2022, 00:01           
“Türkiyə və ABŞ-ın F-16-ların tədarükü barədə danışıqları yaxşı keçib” -
Türkiyə və ABŞ arasında F-16 qırıcılarının tədarükü ilə bağlı Vaşinqtonda aparılan danışıqlar yaxşı keçib.

“Report” “Milliyet”ə istinadən xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar deyib.

"Yeni F-16-ların tədarükü və modernləşdirilməsi ilə bağlı rəsmi müraciətlər edilib. Bundan sonra ABŞ-a nümayəndə heyəti getdi, danışıqlar müsbət oldu. Biz mövqeyimizi açıq şəkildə bildirdik. Bunun həm də NATO-nun güclənməsinə kömək edəcəyini izah etdik”, - nazir deyib.

“Türkiyə güclüdürsə, NATO-da da güclüdür Türkiyənin gücü NATO-nun gücüdür”, - Hulusi Akar əlavə edib.

Bundan əvvəl CNN-Türk amerikalı mənbələrinə istinadən xəbər vermişdi ki, Birləşmiş Ştatlar Qara dənizdə NATO-dan olan müttəfiqlərini gücləndirmək üçün Türkiyənin F-16 qırıcılarının alınması ilə bağlı müraciətini təsdiqləyə bilər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru