İstanbulda qar bir sıra çətinliklər yaradıb. Hava şəraitini nəzərə alaraq, avtovağzallardan nəqliyyat vasitələrinin hərəkəti sabah 08:00-dək dayandırılıb.
Bundan başqa, şəhərə giriş-çıxış da bağlanılıb.
Əhaliyə məcbur olmadıqca nəqliyyat vasitələrindən istifadə etməməklə bağlı çağırış edilib. Alış-veriş mərkəzlərinin də qapanma saatı dəyişdirilib. Belə ki, bu gün 19:30-da bütün AVM-lər bağlanacaq.