“Tesla” Türkiyə bazarına daxil oldu - FOTO

26-01-2022, 09:42           
“Tesla” Türkiyə bazarına daxil oldu - FOTO
Elektrikli avtomobil istehsalçısı “Tesla” rəsmi olaraq Türkiyə bazarına daxil olub.

50 milyon lirə (6,3 milyon manat) ödəyərək şirkətin Türkiyədəki kapitalını artıran İlon Mask, “Lufthansa” Hava Yollarının Türkiyə-İraq baş direktoru vəzifəsini icra edən və şirkətin 20 faiz böyüməsində böyük payı olan Kemal Geçeri şirkətin Türkiyə bölməsinı rəhbər gətirib.



“Tesla”nın yaxın müddət planları hazırda mövcud modellərin (Model “3”, “Y”, “S” və “X”) satışı üçün diler mərkəzləri açmaq, sonra isə qonşu Bolqarıstanı, eləcə də Serbiya və Rumıniyanı əhatə edəcək “Supercharger” enerji doldurma stansiyaları şəbəkəsini genişləndirməkdir.



Qeyd edək ki, “Tesla”nın Türkiyə bazarına daxil olması bir neçə ildir ki, planlaşdırılırdı. Hələ 2017-ci ildə şirkətin rəhbəri İlon Mask prezident Rəcəb Tayyib Ərdoğanla danışıb, “Tesla” və “SpaceX”in gələcəkdə ölkədə buraxılması imkanlarını müzakirə edib.



Mənbə: Hurriyet












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru