Türkiyə polisindən əməliyyat - Üç azərbaycanlı qadın saxlanıldı

26-01-2022, 11:22           
Türkiyə polisindən əməliyyat -
Türkiyənin Konya vilayətində 3 azərbaycanlı qadın saxlanılıb.
Yeniavaz.com “milliyet”ə istinadla xəbər verir ki, Seydişehir polisi əxlaqsızlıq yuvalarında əməliyyat keçirib və insan alverinin qurbanı olmuş azərbaycanlı qadınlar R.J, H.T və A.G-ni saxlayıb. Həmçinin onları insan alverinin qurbanına çevirən A.C və M.B də saxlanılıb.
Azərbaycanlı qadınların rəsmi proseslərdən keçdikdən sonra ölkədən deportasiya olunacağı bildirilib. Digər iki nəfər isə insan alverində ittiham olunur və onlar haqqında cinayət işi başlanılacaq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru