Rusiya və Ukrayna liderlərini Türkiyədə bir araya gətirib sülhün yenidən qurulmasına yol aça bilərik - Ərdoğan

27-01-2022, 08:55           
Rusiya və Ukrayna liderlərini Türkiyədə bir araya gətirib sülhün yenidən qurulmasına yol aça bilərik - Ərdoğan
Biz regionumuzda sülh və sabitlik istəyirik.

Trend xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan yerli KİV-ə müsahibəsində Rusiya və Ukrayna arasındakı gərginliklə bağlı məsələyə münasibət bildirərkən söyləyib.

Dövlət başçısının sözlərinə görə, hər iki ölkə Türkiyənin səmimiyyəti və xoş niyyətindən xəbərdardırlar. R.T. Ərdoğan bölgənin iki ölkəsi arasında münaqişənin nə tərəflərə, nə də regiona heç bir fayda gətirməyəcəyini vurğulayıb.

"Biz iki ölkənin liderlərini qəbul edib sülhə yol aça bilərik. Ölkəmiz əvvəldən Ukraynanın ərazi bütövlüyünü və suverenliyini dəstəkləyib", deyə Türkiyə prezidenti bildirib.

O, əlavə edib ki, Vladimir Putini ölkəyə dəvət edib.

"Əgər tərəflər bunu istəsələr, iki ölkə liderini Türkiyədə bir araya gətirib sülh mühitinin yenidən qurulmasına yol aça bilərik. Hazırda bizim istəyimiz mövcud böhranın dialoq və diplomatiya yolu ilə həllini tapmasıdır. Biz həm Rusiyanı, həm də Ukraynanı konstruktiv və təmkinli davranmağa çağırmaqda davam edirik", - R.T. Ərdoğan qeyd edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru