Qətldə çübhəli sayılan FETO-cu Türkiyəyə gətirildi

27-01-2022, 12:06           
Qətldə çübhəli sayılan FETO-cu Türkiyəyə gətirildi
Türkiyə Milli İstihbarat Təşkilatı (MİT) Hablemitoğlu sui-qəsdinin şübhəlisi, FETÖ-çu Nuri Gökhan Bozkırı həbs edərək Türkiyəyə gətirib.

Teref.az Avropa.info-ya istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

Ərdoğan FETÖ haqqında kitab yazdığına görə 2002-ci ildə qətlə yetirilən tarixçi və yazar Nəcib Hablemitoğlunun qatilinin hazırda Türkiyə hüquq-mühafizə orqanları qarşısında cavab verdiyini bildirib.

“Bunu indi ilk dəfə açıqlayıram. Mərhum Hablemitoğlu FETÖ-nun dövlət içindəki kadrolaşma çalışmalarından bəhs edən "Köstəbək" isimli kitabını yayınlamadan 18 dekabr 2002-ci ildə öldürülmüşdü. Milli İstihbarat Təşkilatımız uzun müddətdir bu sui-qəsdin iştirakçısı Nuri Gökhan Bozkırı izləyirdi.

Kəşfiyyatımız bu adamın Ukraynada gizləndiyini təsbit etdi. Bu şəxsin yaxalanıb gətirilməsi üçün Ukraynaya "bu adam ölkənizdədir, bizə verin" dedik. Bu iş müsbət nəticələndi. Onu axtarıb Ukraynada tapdıq. Hazırda Türkiyə hüquq-mühafizə orqanları qarşısında cavab verir", - deyə Ərdoğan qeyd edib.

Xatırladaq ki, Nəcib Hablemitoğlu 2002-ci ildə evinin qarşısında qətlə yetirilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru