"RUSİYA UKRAYNAYA HÜCÜM ETSƏ..." - Ərdoğan Türkiyənin nə edəcəyini açıqladı

27-01-2022, 16:58           
"RUSİYA UKRAYNAYA HÜCÜM ETSƏ..." -
“Rusiyanın Ukraynaya müdaxiləsi halında Türkiyə NATO çərçivəsində üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyə davam edəcək”. Bunu ölkə prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyənin NTV telekanalına müsahibəsində deyib.

Türkiyə lideri Türkiyənin hansı addımları atmağa hazır olduğunu və Şimali Atlantika Alyansının üzvü kimi hansı öhdəliklərin olduğunu açıqlamayıb: "İndi biz mövcud böhranın dialoq və diplomatiya yolu ilə həllini tapmaq istəyirik. Biz Rusiya və Ukraynanı konstruktiv və təmkinli davranmağa çağırmaqda davam edirik. Lakin Türkiyə NATO-ya üzvlük tələblərini yerinə yetirəcək".

O əlavə edib ki, Türkiyə əvvəldən Ukraynanın ərazi bütövlüyü və suverenliyini dəstəkləyib.

“Rusiyanın Ukraynanın ərazi bütövlüyünü pozan addımlarına, xüsusilə Krımın anneksiyasına qarşı açıq mövqe tutmuşuq”, - deyə Ərdoğan bildirib.

“AzPolitika.info”












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru