Ərdoğan geri çəkildi: “Sözlərim Sezen Aksuya deyildi”

28-01-2022, 08:45           
Ərdoğan geri çəkildi: “Sözlərim Sezen Aksuya deyildi”
“Sözlərim Sezen Aksuya deyildi. Sezen Aksu ölkəmizin mühüm sənətçilərindən biridir”.

Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan NTV kanalına müsahibəsində “Həzrəti Adəmə uzanan dilləri qoparmaq bizim borcumuzdur” sitatından danışarkən deyib.

“Kim olursa-olsun, dini dəyərlərə toxunulmasına icazə vermirəm. Xalqımızın müqəddəslərinə həssas yanaşıram. “Dilini qoparmaq” ifadəsini bir nəfərə yox, müqəddəslərə söz söyləyən hamıya demişəm. Bu, bir mövqe, hörmət, qəbul, birlikdə yaşamaq təcrübəsi kimi qəbul edilməlidir. Bir-birimizə, inanclarımıza, dəyərlərimizə nə vaxt hörmət edəcəyik? Bu hörməti ortaya qoymağa məcburuq”, – deyə Ərdoğan bildirib.

Xatırladaq ki, Türkiyə Prezidenti Sezen Aksunun ““Şahane bir şey yaşamaq” mahnısında Adəm və Həvvanın “cahil” adlandırılması fonunda başlayan müzakirələrdən sonra açıqlama verib. O bildirib ki, Həzrəti Adəmə və Həvvaya heç kim dil uzada bilməz və dil uzadanlara isə həddini bildirmək lazımdır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru