Türkiyədə körpünün məhəccərlərini satan kənd muxtarı həbs olundu - FOTO

28-01-2022, 09:58           
Türkiyədə körpünün məhəccərlərini satan kənd muxtarı həbs olundu - FOTO
Türkiyədə kənddəki körpünün məhəccərlərini satan muxtar həbs olunub.

Hadisə Kastamonu vilayətinin Alatarla kəndində baş verib.

Məlumata görə, Taşköprü mahalındakı körpü ötən ilin avqust ayında Kastamonuda baş verən sel fəlakəti nəticəsində nəqliyyatın hərəkəti üçün bağlanıb.

Bir müddət sonra isə körpünün məhəccərləri yoxa çıxıb.

Araşdırma nəticəsində məhəccərlərinin kənd muxtarı K.K tərəfindən sökülərək dəmir külçə ticarətilə məşğul olan A.K-ya satıldığı məlum olub.

Jandarm əməkdaşları A.K-nın evinə baxış zamanı iki ton dəmir aşkar ediblər.

Hər iki şəxsin həbs edildiyi, barələrində istintaqın aparıldığı bildirilib.





Mənbə: TRT












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru