İran Türkiyəyə qaz tədarükünü bərpa edib

29-01-2022, 00:03           
İran Türkiyəyə qaz tədarükünü bərpa edib
İran Türkiyəyə təbii qaz tədarükünü bərpa edib. "Report" xəbər verir ki, bu barədə Türkiyənin "Botaş" neft-qaz şirkəti məlumat yayıb.

"İran tərəfdə qaz nəqli sistemində yaranan nasazlıq səbəbindən Gürbulak-Ağrı məntəqəsi vasitəsilə təbii qazın nəqli həyata keçirilə bilməyib. Hazırda İrandan sınaq məqsədilə məhdud şəkildə qaz tədarükü başlayıb", - məlumatda deyilir.

İran mətbuatının verdiyi xəbərə görə, yanvarın 19-da yaranan və qazın 10 gün müddətinə dayandırılmasına səbəb olan texniki nasazlıqlar aradan qaldırılıb.

İran Türkiyəyə Tengiz-Ankara qaz kəməri vasitəsilə orta hesabla 10 milyard kubmetr qaz verir. Son məlumatlara görə, 2021-ci ildə İran qazının Türkiyənin enerji balansında payı 16%-ə yaxın olub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru