DİN: "Türkiyə bayrağına qarşı hörmətsizlik edən şəxslə bağlı araşdırma aparılır"

29-01-2022, 17:48           
DİN: "Türkiyə bayrağına qarşı hörmətsizlik edən şəxslə bağlı araşdırma aparılır"
"Bakıda Türkiyə bayrağına qarşı hörmətsizlik edən şəxslə bağlı araşdırma aparılır".

Bunu "Report"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev bildirib.

O qeyd edib ki, sosial şəbəkələrdə yayılan görüntülərdən nazirlik məlumatlıdır və araşdırmalara başlanılıb.

Xatırladaq ki, sosial şəbəkələrdə bir nəfər şəxsin Bakıda Türkiyə bayrağına qarşı hörmətsizlik etdiyi barədə görüntülər yayılıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru