Kiprli türklər Varoşanı qaytarmaqdan imtina ediblər

30-01-2022, 09:53           
Kiprli türklər Varoşanı qaytarmaqdan imtina ediblər
Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) Prezidenti Ersin Tatar kiprli yunanlara mümkün güzəştləri şərh edib.

Xəbəri Türkiyənin «Daily Sabah» qəzeti yayıb.

Türkiyənin Kayseri əyalətində çıxış edərkən o, bəyan edib: «Nə vaxt biz təkliflərə baxırıqsa, bizə deyirlər ki, Varoşanı qaytarmalıyıq və Ercan aeroportu BMT çətiri altında birbaşa reyslər üçün açıla bilər. Biz, bunu belə qəbul edə bilmərik… Varoşa həm iqtisadiyyata, həm də ŞKTC-nin turizminə böyük xidmət göstərib».

Ersin Tatar qeyd edib ki, hətta koronavirus pandemiyası dövründə də Varoşanı 400 min turist ziyarət edib, bununla əlaqədar o, əlavə edib: «Ümid edirəm ki, pandemiyadan sonra hərəkət dəfələrlə artıq intensiv olacaq».

AzPolitika.ifo












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru