Türkiyədə ağır qəza: çox sayda polis... - FOTO

30-01-2022, 15:18           
Türkiyədə ağır qəza: çox sayda polis... - FOTO
Türkiyədə 10 polis əməkdaşı avtomobil qəzası nəticəsində xəsarət alıb.

Publika.az xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər naziri Süleyman Soylu bildirib.

“İstanbulda xidməti vəzifəsini yerinə yetirən polislərimizi daşıyan avtomobilin aşması nəticəsində yaralanan 10 qəhrəman polisimizə keçmiş olsun diləyirəm. Rəbbim tezliklə polislərimizə şəfa versin” - nazir Tvitter hesabında yazıb.
Qeyd edək ki, qəza yerli saatla 08:00 radələrində Çatalca-Arnavutköy yolunun Örcünlü məhəlləsində baş verib. Polisləri İstanbul hava limanına aparan mikroavtobus buz və qatı duman səbəbindən aşıb. Xəbərdarlıq üzərinə hadisə yerinə çoxlu sayda polis, jandarma, xilasetmə qrupları göndərilib.

Yaralı polislərdən 2-nin vəziyyətinin ağır olduğu bildirilib. Qəza ilə bağlı araşdırmalara başlanılıb














Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru