Ərdoğanın əlindən mikrafonu alan azyaşlının dedikləri gündəmə çevrildi - VİDEO

30-01-2022, 18:33           
Ərdoğanın əlindən mikrafonu alan azyaşlının dedikləri gündəmə çevrildi - VİDEO
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirak etdiyi açılış mərasimində azyaşlı uşağın Cümhuriyyət Xalq Partiyası (CHP) lideri Kamal Kılıçdaroğlu haqqında dedikləri ölkədə gündəmə çevrilib.
Yeniavaz.com xəbər verir ki, Trabzon vilayətində baş tutan və yüzlərlə Türkiyə vətəndaşının iştirak etdiyi ümumi açılış mərasimi zamanı səhnəyə əlində oyuncağı ilə azyaşlı uşaq çıxıb və Türkiyə Prezidentinin əlindən mikrafonu alaraq CHP lideri Kamal Kılıçdaroğlunu “xain” adlandırıb. Balaca hər kəsi R. T. Ərdoğanı dəstəkləməyə çağırıb.
Ərdoğan və ətrafındakı səlahiyyətli şəxslər azyaşlının bu sözlərinə gülümsəyərək reaksiya veriblər.
K. Kılıçdaroğlu isə məsələ ilə bağlı açıqlamasında azyaşlı ilə bağlı mətbuat qurumlarının heç bir xəbər paylaşmamasını xahiş edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru