Ərdoğanın səhnəyə çıxardığı uşaq Kılıçdaroğlunu TƏHQİR ETDİ: Partiya sədrinin reaksiyası GÜNDƏM OLDU - VİDEO

31-01-2022, 12:47           
Ərdoğanın səhnəyə çıxardığı uşaq Kılıçdaroğlunu TƏHQİR ETDİ:
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan qatıldığı açılış mərasimində səhnəyə çıxan azyaşlı uşağın CHP lideri Kılıçdaroğlunu "xain" adlandırması böyük rezonansa səbəb olub.

Teref.az-ın yazdığına gğrə, Metbuat.az xəbər verir ki, hadisədən sonra Kılıçdaroğlu xəbərdarlıq edərək bildirib ki, azyaşlı uşaqları belə çirkin oyunlara alət etmək onların saf qəlbini incidə bilər.

"Xahiş edirəm, balaca uşağımızla bağlı xəbəri paylaşmayın, pis söz söyləməyin. O, hələ balacadır. Hamıdan xahiş edirəm, hisslərimizə qapılmadan uşaq pedaqogikası nə deyirsə, ona əməl edin. Qoy onlar saf və məsum qalsınlar!”.

Bu hadisəyə CHP partiyasının əksər üzvləri, siyasətçilər birmənalı olaraq kəskin etiraz bildirərək uşaqların belə oyun siyasi oyunlara cəlbini qınayıblar.

Kılıçdaroğlu daha sonra jurnalistlərə açıqlamasında deyib ki, həmin anların əks olunduğu video onu dərindən məyus edib. Hətta dostlarına deyib ki, paylaşımları silsinlər. Çünki balaca uşağın bu davranışlarında heç bir qəbahət yoxdur.

" Mənim bütün cəhdlərim övladlarımıza gözəl Türkiyə qoymaqdır. Kindən, qəzəbdən uzaq, hamını sevgi ilə qucaqlayan, təbiəti sevən gənclərin bu ölkənin gələcəyi və ümidi olduğu bir Türkiyəni ayağa qaldırmaq istəyirəm”. Həmin anların görüntüsünü təqdim edirik:













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru