Ərdoğan vəziyyəti dəyişir: 4 nazir istefaya göndərilir

31-01-2022, 16:56           
Ərdoğan vəziyyəti dəyişir: 4 nazir istefaya göndərilir
Əbdülhəmid Gülün ədliyyə naziri vəzifəsindən azad edilməsindən sonra Türkiyədə yeni kabinet dəyişikliyi gözlənilir.
Bu iddia ilə Türkiyənin “Cümhuriyyət” qəzeti çıxış edib.
Qəzetin məlumatına görə, Prezident Rəcəb Tayyib Ərdoğan kabinet dəyişikliyinə addım-addım gedəcək.
“Güldən sonra xarici işlər naziri Mövlud Çavuşoğlu, mədəniyyət və turizm naziri Mehmet Nuri Ərsoy, səhiyyə naziri Fəxrəddin Qoca, əkinçilik və meşə naziri Bəkir Pakdəmirlinin də vəzifələrindən azad ediləcəyi gözlənilir. Gəzən söz-söhbətlərə görə, Türkiyə prezidentinin sözçüsü İbrahim Kalın Mövlud Çavuşoğlunun yerinə gətirləcək”, - qəzet bildirib. //axar.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru