"Rusiya ilə bağladığımız müqavilə NATO üçün narahatlıq yaratmır" - Ərdoğan

2-02-2022, 08:33           
"Rusiya ilə bağladığımız müqavilə NATO üçün narahatlıq yaratmır" - Ərdoğan
"Biz Rusiya ilə müqavilə bağlamışıq və bu, NATO üçün heç bir problem yaratmır. Çünki NATO ölkələrinin hər biri öz qərarını verərək silahını alır və biz də bu qərarı vermişik".

"Report" xəbər verir ki, bu fikirləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

"Bizim S-400 məsələmiz Türkiyə ilə Rusiya arasında çox əhəmiyyətli addımdır. S-400 çox vacib müdafiə sistemidir. Biz S-400-ləri aldığımız andan beynəlxalq ictimaiyyət ciddi şəkildə narahat olub", - Ərdoğan qeyd edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru