Daha bir qazax “oğru” saxlanıldı – “Arman Diki” isə yoxa çıxdı

3-02-2022, 08:27           
Daha bir qazax “oğru” saxlanıldı –
Rusiyanın paytaxtı Moskvada fəaliyyət göstərən “İzmayılovo Alfa” mehmanxanasında əməliyyat keçirilib.

Teref.az-ın yazdığına görə, Qaynarinfo xəbər verir ki, əməliyyat nəticəsində qazax əsilli “qanoğru” Aytakali Maymuşev (Lyoxa Maymış Semipalatinski) saxlanılıb. O bildirib ki, Moskvaya yenicə gəlib. Lakin gəlişinin səbəblərini açıqlamayıb.
65 yaşlı “oğru”nun üzərindən narkotik vasitə olan metadon aşkar edilib.
Bəzi iddialara görə, Maymuşevin saxlanılmasında siyasi motiv var. Məsələ burasındadır ki, o, Qazaxıstanda baş verən iğtişaşların fəal iştirakçısı kimi təqdim edilən kriminal avrotitet Arman Cumagəldiyevin (Arman Diki) himayədarı hesab edilir. Hətta bəzi məlumatlara görə, Cumagəldiyevin aksiyalara qatılması Maymuşevin xeyir-duasından sonra baş tutub.
Arman Cumagəldiyev Qazaxıstanın keçmiş prezidenti Nursultan Nazarbayevin dinastiyasına daxil olan şəxslərdən sayılır. Bu halda Maymuşevin də nazarbayovlara yaxın olduğunu söyləmək olar.
Qazaxıstandakı hadisələrdə isə əsasən Nazarbayevin qardaşının adı hallanırdı. Bu baxımdan, düşünülür ki, Maymışevin saxlanılması sifarişi Qazaxıstandan gəlib.
Bu arada məlum olub ki, “Arman Diki” təcridxanadan yoxa çıxıb. Cumagəldiyevin vəkilləri bildirib ki, onu harada saxlanıdlıdğı bəlli deyil.
Vəkil Talqat Esimov deyib ki, bir gün əvvəl Armanla görüşüb və müvəkkili ifadə verməyə hazır olduğunu bildirib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.