Çavuşoğlu: "Donmuş münaqişə" termini aldadıcıdır!

3-02-2022, 08:17           
Çavuşoğlu:
Son 60 ildəki münaqişələrin 40 faizi təbii sərvətlər səbəbindən baş verib. İqlim dəyişikliyi məsələsi gündəmə gələndə bu faizin artacağını düşünürük.

Axar.az xəbər verir ki, bu sözləri Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu BMT çərçivəsindəki Vasitəçi Dostlar Qrupunun 11-ci toplantısında deyib.

Nazir bu gün münaqişələrdən zərər çəkən ölkələrdə təxminən 2 milyard insanın yaşadığını bildirib və bu konfliktlərin daha qarışıq və fərqli faktorlardan baş verdiyini açıqlayıb:

“Ukrayna və ətrafında baş verən son vəziyyət bizə onu göstərir ki, “donmuş münaqişə” termini aldadıcıdır. Münaqişə elə münaqişədir. Bunlar həlli dondurulan münaqişələrdir və razılaşma olmadan hər an qarşıdurmaya çevrilə bilər. Bu səbəbdən vasitəçiliyə daha çox köklənməliyik”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru