Ukrayna Türkiyə ilə 12 saziş imzalayacaq

3-02-2022, 10:30           
Ukrayna Türkiyə ilə 12 saziş imzalayacaq
Ukrayna və Türkiyə fevralın 3-də Azad Ticarət Zonası sazişi də daxil olmaqla dövlətlərarası 12 saziş imzalayacaq.

Publika.az xəbər verir ki, bu barədə Ukraynanın baş naziri Denis Şmıqal ölkənin Nazirlər Kabinetinin iclasında deyib.

Onun sözlərinə görə, imzalanacaq sənədlər iki ölkə arasında həm iqtisadiyyat, həm də yüksək texnologiyalar sahəsində əməkdaşlığı yeni səviyyəyə çıxaracaq.

İclas zamanı Ukrayna hökuməti Türkiyə ilə Azad Ticarət Zonası sazişinin layihəsini təsdiqləyib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru