Türkiyədə inflyasiya 50%-ə çatdı - Son 20 ilin rekordu...

3-02-2022, 15:01           
Türkiyədə inflyasiya 50%-ə çatdı - Son 20 ilin rekordu...
Bu ilin yanvar ayında Türkiyədə istehlak məhsullarının qiyməti və xidmət tarifləri əvvəlki ilin eyni dövrü ilə müqayisədə 48,69% bahalanıb.
Teref.az-ın məlumatına görə, yeniavaz.com Türkiyə Statistika İdarəsinə istinadən bildirir ki, bu son 20 ildə qeydə alınan ən yüksək göstəricidir. İnflyasiya səviyyəsi sonuncu dəfə 2002-ci ilin aprel ayında bundan yüksək (52,7%) olub.
Ən yüksək bahalanma nəqliyyat xidmətlərində qeydə alınıb – 68,89%. Bundan başqa ötən ilin yanvar ayı ilə müqayisdə qida və içkilər 55,6%, ev əşyaları 54,5%, restoran və otellərdə xidmətlər 50,4% bahalanıb.
Ən az artım rabitə xidmətlərində qeydı alınıb. Rabitə tarifləri son bir ildə 10,8% artıb.
Onu da bildirək ki, hazırda Türkiyə dünyada inflyasiya səviyyəsinin ən yüksək olduğu ölkələrin ilk 10-luğunda yer alır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru