İlk hədəfimiz Ay proqramıdır. Əsas məqsəd 2028-ci ilin sonuna kimi nəqliyyat vasitəsini Ayın səthinə yumşaq endirməkdir.
Axar.az xəbər verir ki, bunu Türkiyənin Kosmik Agentliyinin prezidenti Sərdar Hüseyn Yıldırım deyib.
"Daha sonra biz Ay səthində elmi məlumatlar toplamaq istəyirik. Tezliklə Aya çatacağıq, amma aralıq hədəfimiz var. 2023-cü ilin sonuna qədər ilk hədəfimiz hibrid raketimizlə Aya çatmaqdır. İkinci hədəfimiz peyk inkişaf imkanlarımızı bir dam altında toplamaq və qlobal brend yaratmaqdır. Ölkəmizə həm iqtisadi, həm də texnoloji baxımdan çox şey qatacaq bir layihə olacaq", - Yıldırım bildirib.