ABŞ-dan Türkiyə açıqlaması: Ukrayna böhranı...

12-03-2022, 12:19           
ABŞ-dan Türkiyə açıqlaması: Ukrayna böhranı...
Türkiyənin Rusiya ilə Ukrayna arasındakı böhranın həlli istiqamətində göstərdiyi diplomatik səyləri alqışlayırıq.

Axar.az xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin mətbuat katibi Ned Prays deyib.

“Türk müttəfiqlərimiz bu prosesdə ABŞ ilə məsləhətləşmələr aparıblar. ABŞ Prezidenti Co Bayden Antalya forumundan sonra türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla danışmaq imkanı əldə edib. Eyni zamanda Entoni Blinken və Mövlud Çavuşoğlu arasında da telefon danışığı baş tutub. Koordinasiyalı şəkildə keçirilən bu danışıqlardan məmnunuq”, - Prays bildirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru