“Bayraktar” “Qızıl alma” adlı yeni PUA-nı təqdim edib

12-03-2022, 20:17           
“Bayraktar” “Qızıl alma” adlı yeni PUA-nı təqdim edib
“Baykar Savunma”nın texniki direktoru Səlcuq Bayraqdar “Bayraktar” pilotsuz uçuş aparatının (PUA) yeni modelinin adını açıqlayıb və maketinin şəklini nümayiş etdirib.
O bununla bağlı tviter səhifəsində paylaşım edib.
“İstehsal xəttinə 3 il yarımdan sonra daha böyük və çevik balıq girdi. PDUS – Pilotsuz Döyüş Uçuş Sistemi: “Bayraktar Kızılelma”. Yoldadır, gəlir. İzləmədə qalın”, – vurğulayıb.
Qeyd edək ki, qədim türk mifologiyasına əsasən, “Qızıl alma” türklərin, xüsusilə oğuz türklərinin can atmalı olduğu utopiya və ideallardır. Türkçülüyün simvollarından biri olan “Qızıl alma” bir növ arzulanan, lakin uzaq, hətta əlçatmaz məqsəd hesab edilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru