“Acıbadem” klinikası azyaşlıya ikinci şans verdi - FOTO

14-03-2022, 11:35           
“Acıbadem” klinikası azyaşlıya ikinci şans verdi - FOTO
Çinar Ümid adlı balacaya ağır anadangəlmə ürək patologiyası diaqnozu qoyulub.

Əgər “Acıbadem” klinikasında mürəkkəb ürək – damar cərrahi əməliyyatı aparılmasaydı, yeni doğulmuş körpəni qaçılmaz ölüm təhlükəsi gözləyirdi. Bu əməliyyatdan sonra onun sağlamlığı bərpa olunur və səhhəti yaxşılaşmaq üzrədir.

Uşağın valideynləri övladlarının müalicəsində göstərdikləri köməyə görə mütəxəssislərə və bütün biganə qalmayan insanlara minnətdarlıqlarını bildirirlər.

Çinar Umut Hipoplastik Sol Ürək Sindromu (Hypoplastic left heart syndrome) adlı ciddi ürək – damar xəstəliyi ilə doğulub. Ürəyinin sol nahiyəsi ümumiyyətlə öz funksiyalarını tamamilə yerinə yetirmədiyi üçün uşağın bədəni daima bənövşəyi rəngdə idi. Onun təcili cərrahiyyə əməliyyatına ehtiyacı olub, bunun üçün təcili yardım helikopteri ilə İstanbul şəhərinə aparılıb.

“Acıbadem” klinikasından ürək – damar cərrahiyyəsi professoru Rıza Türköz və komandası xüsusi əməliyyat olan “Norwood proseduru – Glenn əməliyyatı – Fontan proseduru”nu həyata keçirib. Uşağın bədəni eyni zamanda həyata keçirilən cərrahi müdaxilənin tamamına tab gətirə bilmədiyi üçün əməliyyat mərhələlərlə həyata keçirilib. Belə ki, balaca Çinar üç yaşında 4 əməliyyat keçirib, ilk əməliyyatı isə onun doğulmasından 6 gün sonra həyata keçirildi.

Professor Rıza Türköz qeyd edir: “Çinar Ümidin ürəyinin çox zəif olmasına baxmayaraq, uzun ömürlə təmin edilib. 95 faiz hallarda ölümlə nəticələnən sindrom, “Fontan proseduru” adlanan cərrahi üsulla müalicə olundu. Digər tərəfdən, mütləq vurğulanmalıdır ki, həyatı boyu bədən tərbiyəsi məşğələləri və ya idman kimi fiziki gərgin fəaliyyətlərdən çəkinməlidir”.

Çinar kimi uşaqlara yalnızca fiziki fəaliyyətlə məşğul olmaq təsir göstərən amil deyil. COVID – 19 virusun yaratdığı fəsadlar onlar üçün təhlükəli olduğundan, anadangəlmə ürək qüsurlu kiçik xəstələr və onların ailələri çox ciddi problemlə üzləşirlər. Pandemiya onlara klinikaya müraciət etmək baxımından əlavə çətinliklər yaradıb. Yaranan bu çətin vəziyyətə baxmayaraq, mütəmadi olaraq tibbi müayinədən keçmək son dərəcə vacibdir.

Çinarın valideynləri Ece və Həsən Çubuqçu bütün ailə üzvlərinin keçdiyi bu çətin dövrü böyük həyəcanla xatırlayırlar. Uşaq ağır cərrahiyyə əməliyyatları keçirdi, lakin COVID-19 arzuolunmaz töhfəsini də buna əlavə etdi.

Buna Ece Çubuqçu belə aydınlıq gətirir: “Hələ pandemiya başlamadan əvvəl biz məişət həyatımızı və gündəlik həyatımızı elə təşkil etmişdik ki, oğlumuzun təhlükəsizliyini təmin edə bilək. Hal – hazırda biz tam təcridolunma rejiminə riayət edirik və bir ildən artıqdır ki, evdə qonaq qəbul etmirik. Onun bütün həyatı həkimlərə və mütəxəssislərə sonsuz ziyarətlərdən ibarətdir”.

“Acıbadem” klinikasında yüksək ixtisaslaşdırılmış mərkəzlərə uyğun olaraq bütün zəruri ehtiyat tədbirləri görüldüyü üçün pandemiya vəziyyətinə baxmayaraq, ürək patologiyası olan uşaqların müalicəsi davamlı olaraq həyata keçirilir.

Çinarın yaşadığı problemdə hər şey uğurlu alındı və həyata keçirilən dördüncü cərrahi əməliyyatdan sonra uşağın ürəyi normal fəaliyyət göstərməsi üçün kifayət qədər güclü hala gəldi. Valideynlər daha bir möcüzənin baş verəcəyini gözləyirlər. Pandemiya keçəcək və onların Çinarı uşaq meydançasında həmyaşıdları ilə oynaya biləcək!

Qeyd edək ki, “Acıbadem” klinikasının Bakı nümayəndəliyinin xəstələrin məsləhət alması və müalicəsi üçün Türkiyəyə getməsində kömək edəcəyi ofisi Bakı şəhəri, Səməd Vurğun küçəsi 36 ünvanında yerləşir.

Əlaqə nömrəsi: +994 12 595 96 81.

Eləcədə, veb saytdan və ya rəsmi nümayəndəlikdən bir ərizə göndərərək “Acıbadem”in aparıcı həkimlərindən müstəqil bir konsultasiya ala bilərsiniz: http://www.acibadem.com.az/














Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.