Tansu Çiller siyasətə qayıdır! – Ərdoğana dəstək üçün koalisiya qurulur?

14-03-2022, 18:24           
Tansu Çiller siyasətə qayıdır! –
Türkiyənin keçmiş baş naziri Tansu Çiller yenidən siyasətə qayıdır. Keçmiş hökumət rəhbəri Türkiyənin Demokrat, Ədalət və Doğru Yol partiyalarına təklif göndərib.
T.Çiller sözügedən partiyaların sədri olmağı təklif edib. Hər üç partiyanın məsələyə müsbət yanaşmadığı bildirilir.

Politoloq Əhəd Məmmədli Tansu Çillerin siyasi həyata qayıtmasını “Sherg.az”a şərh edərkən bildirib ki, köhə siyasətçilərin siyasətə qayıtması o qədər də uğurlu nəticə gətirməyib:

“Misal olaraq, Rusiyada Mixail Qarboçovun prezident seçkilərinə namizədlik verməsi çox cuzi səs salmışdı. Bilirsiz, “Evet\Hayır” səsverməsində də Tansu Çiller iqtidarı dəstəkləyib.

Ola bilsin ki, Ərdoğanla razılaşdırılıb ki, gələcəkdə Tansu Çiller və tərəfdaşları onu dəstəkləyəcək.

Çünki artıq müxalifət də Ərdoğana qarşı birləşib.

Buna qarşılıq olaraq, “Ak Parti” də özünə loyal olan qüvvələri səfərbər edir və Türkiyə siyasi səhnəsinə qaytarır ki, 2023-cü ildə baş tutacaq prezident seçkilərində Ərdoğana dəstək olan koalisiya qursun”.

Politoloqun fikrincə, bu T. Çiller ilə Ərdoğanın razılaşdırılmış planıdır.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.