Rusiya: Ankaranın mövqeyini yüksək qiymətləndiririk

16-03-2022, 11:35           
Rusiya: Ankaranın mövqeyini yüksək qiymətləndiririk
Rusiya Ukrayna böhranının həlli yollarının tapılmasında kömək etməyə hazır olan Türkiyəyə minnətdardır, Ankaranın balanslı mövqeyini yüksək qiymətləndiririk.

Axar.az xəbər verir ki, bunu Rusiya XİN-in Dördüncü Avropa Departamentinin direktoru Yuri Pilipson deyib.

“Martın 10-da Antalyada Rusiya XİN rəhbəri Sergey Lavrovun ukraynalı həmkarı Dmitri Kuleba ilə görüşünün təşkilinə və Ukrayna böhranının həllinə kömək etməyə hazır olduğuna görə Türkiyəyə minnətdarıq. Moskva türk tərəfdaşlarının balanslaşdırılmış xəttini yüksək qiymətləndirir”, - deyə Pilipson bildirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru