Ərdoğan Putinlə danışdı

17-03-2022, 18:59           
Ərdoğan Putinlə danışdı

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan cümə axşamı Rusiya lideri Vladimir Putinlə danışıqlar aparıb.

Türkiyə Prezidenti Administrasiyasından verilən açıqlamaya görə, telefon söhbəti zamanı Rusiya-Ukrayna müharibəsi ilə bağlı son hadisələr və bölgədəki humanitar vəziyyət müzakirə edilib.

Prezident Ərdoğan bildirib ki, Türkiyə Rusiya ilə Ukrayna arasında sülhün təmin olunması üçün əvvəlcədən göstərdiyi səmimi yanaşmasını davam etdirir.

O, Rusiya ilə Ukrayna arasında aparılan danışıqlarda müsbət nəticə əldə olunmasını ürəkdən arzuladığını deyib.

Bəzi məsələlərdə konsensusa nail olmaq üçün liderlər səviyyəsində danışıqlar tələb oluna biləcəyinə diqqət çəkən prezident Ərdoğan Rusiya prezidenti Vladimir Putin və Ukrayna prezidenti Volodimir Zelenskini İstanbul və ya Ankarada qəbul etmək təklifini təkrarlayıb.

Müharibənin heç bir tərəfə fayda verməyəcəyini və diplomatiyaya fürsət verilməli olduğunu vurğulayan Ərdoğan, humanitar dəhlizlərin hər iki istiqamətdə effektiv işləməsinin vacibliyinə də diqqət çəkib.

Mənbə: “Haber Global”












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.