Nurçuların lideri qorumalarının sayını ikiqat artırdı

8-05-2015, 12:04           

ABŞ-ın Pensilvaniya ştatındakı malikanəsində liftdə çıxılmaz vəziyyətdə qalan “Xidmət” camaatının lideri Fətullah Gülən cangüdən sayını çoxaldıb.

ANS PRESS-in məlumatına görə, bundan sonra sui-qəsd və qaçırılma qorxusu yaşayan Fətullah Güləni 200 nəfərlik kiçik bir ordu qoruyacaq.

Bildirilir ki, Gülənin mühafizə birliyinə ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi (CIA) və "MOSSAD"dan olan casuslar rəhbərlik edir.

Həmin casusların təlimatı ilə 200 nəfərlik mühafizə ordusu Fətullah Gülənin hər addımını təqib edir.

Xatırladaq ki, ötən həftə Fətullah Gülən 1 saat Pensilvaniyada yaşadığı malikanənin liftində qalıb. Gülənin hiddətlənərək adamlarına, “Bu mənə sui-qəsddir?” – deyə qışqırdığı və böyük qorxu yaşadığı bildirilir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.