Türkmənistandan Qazaxıstanla bağlı QƏRAR

17-04-2022, 10:16           
Türkmənistandan Qazaxıstanla bağlı QƏRAR
Türkmənistan parlamentinin aşağı palatası – Xalq Maslaxatı (Xalq Şurası) “Türkmənistan və Qazaxıstan Respublikası arasında Türkmənistan-Qazaxıstan dövlət sərhədinin və ona bitişik ərazilərin delimitasiyası haqqında Müqavilənin təsdiq edilməsi haqqında” qərar qəbul edib. Aşağı Palatada həmçinin “Xəzər dənizində balıqçılıq zonaları”, habelə “Türkmənistan Hökuməti ilə Qazaxıstan Respublikası Hökuməti arasında Türkmənistan-Qazaxıstan dövlət sərhədinin rejimi haqqında Sazişin təsdiq edilməsi haqqında” müqavilə də ratifikasiya olunub.

Qeyd edək ki, Türkmənistan və Qazaxıstan arasında dövlət sərhədinin delimitasiyası və demarkasiyası haqqında saziş 2001-ci ilin iyulunda Astanada iki dövlətin başçıları tərəfindən imzalanıb.

Yeri gəlmişkən, iki ölkə arasında sərhədin ümumi uzunluğu 458 kilometrdir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.