Türk tarixçi: “Diplomatik münasibətlərin qurulmasının, sərhədlərin açılmasının tam tərəfdarıyam”

23-07-2022, 11:35           
Türk tarixçi: “Diplomatik münasibətlərin qurulmasının, sərhədlərin açılmasının tam tərəfdarıyam”
“Ermənistan və Türkiyənin bir-biri ilə danışması çox yaxşıdır, çünki bu ölkələr qonşudur və sən öz qonşularınızı seçə bilməzsən, amma bütün problemlərlə birlikdə bunlar üçün yol tapmalısan”. Ordu.az xəbər verir ki, bunu türk tarixçi, Kaliforniya Universitetinin Ermənişünaslıq İnstitutunun işçisi Tanər Akçam deyib.

Onun sözlərinə görə, beynəlxalq münasibətlərdə, bütün dünyada hətta düşmən olan dövlətlərin də bir-biri ilə diplomatik əlaqələri var.

“Beləliklə mən bir çox haldan çıxış edərək diplomatik münasibətlərin qurulmasının, sərhədlərin açılmasının tam tərəfdarıyam. Amma bunu münasibətlərin tənzimlənməsi adlandıra bilərikmi, bu başqa sualdır. Mən diplomatik münasibətlərin qurulmasının və sərhədlərin açılmasının tərəfdarıyam, çünki bu, münasibətlərin normallaşması üçün vacib ilkin şərtdir. Türkiyədə müxtəlif hökumətlər olub, bəziləri Azərbaycanın siyasətindən bəhrələnib, çünki onlar özləri heç bir şəraitdə Ermənistanla münasibət qurmaq istəməyiblər, bəzi hökumətlər isə Azərbaycanın yolunu tutublar. Bu prosesin Ermənistan-Türkiyə münasibətlərinin qurulmasına töhfə verib-verməyəcəyinə o qədər də əmin deyiləm, gözləyək. Mən beynəlxalq münasibətlər üzrə mütəxəssis deyiləm, amma bu məsələyə diqqət yetirilməlidir. Mən insanların bir araya gəlməsinin, əlaqələrin yaradılmasının, tərəflər arasında əlaqələrin inkişafının tam tərəfdarıyam”, - deyə Akçam qeyd edib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.