Türkiyədən sonra Azərbaycan: Rusiyaya qarşı sanksiyaları pozacaq? - NƏ BAŞ VERİR?

10-08-2022, 16:27           
 Türkiyədən sonra Azərbaycan: Rusiyaya qarşı sanksiyaları pozacaq? - NƏ BAŞ VERİR?
Məlum olduğu kimi, Rusiya Ukraynaya hücumundan sonra Qərbin ciddi sanksiyaları ilə üz-üzə qalıb.

Sanksiyalar isə əsasən maliyyə-bank sisteminə tətbiq olunub ki, hazırda da dünyanın ən iri kart şirkəti olan “VİZA” və “MasterCard” Rusiyada işləmir. Eyni zamanda, Rusiya banklarının bu şirkətlərə məxsus kartları da dünyanın heç bir yerində, o cümlədən Rusiyanın özündə də işləmir. Belə bir məqamda Türkiyə bankları Rusiya istifdəçilərinin sanksiya altındakı "Mir" kartlarını, xüsusən də ən iri kartlarını - Sberbank və VTB-ni qəbul etməyə başlayıb. Bu barədə Rusiyanın "Kommersant" nəşri sanksiyaya məruz qalan kredit təşkilatlarının müştərilərinə istinadən məlumat yayıb. Bunu Türkiyənin "Mir" ödəniş sistemi ilə müqavilə imzalayan beş bankdan ən azı ikisi edib, baxmayaraq ki, bunu ictimaiyyətə açıqlamayıblar.

Nəzərə alsaq ki, Rusiyaya qarşı tətbiq edilən sanksiyalar hələ qüvvədədir, Türkiyənin bu addımına Qərbin reaksiyası necə olacaq? Türkiyənin özünə və ya banklarına qarşı Qərb sanksiya tətbiq edə bilərmi? TEREF-ın məlumatına görə, bank məsələləri üzrə ekspert, hüquqşünas Əkrəm Həsənov Cebhe.info-ya açıqlamasında deyib ki, sanksiyalar Rusiyada kartların işləməməsi demək deyil:

“Sadəcə dünyanın əsas kart şirkətləri olan “VİZA” və “MasterCard” Rusiya ərazisində kartlarının istifadəsinə qadağa qoyub. Amma Rusiya özü kart sistemi tətbiq edə bilər. O kartların da Rusiya ərazisində istifadəsini təmin edir və başqa ölkələrlə də müqavilə bağlaya bilər ki, onlar da bu kartlardan istifadə etsinlər. Bunun əksi də ola bilər. Məsələn, başqa bir ölkənin özünün kart sistemi var və Rusiya da buna qoşulur. Türkiyə ilə də bu iki variantdan biri baş verib”.

Əkrəm Həsənov qeyd edib ki, bu, sanksiyanın pozulması deyil:

“Biz də ölkə ərazisində istifadə etdiyimiz kartların üstünə baxsaq, ya “VİZA”, ya da “MastrCard”dır. Biz də hazırda Rusiyaya gedəndə bu kartlardan istifadə edə bilmirik. Böyük ehtimalla Azərbaycan banklarının hamısı olmasa da, bir hissəsi Rusiyanın kart sistminə qoşulacaq. Bu isə sanksiyaların pozulması demək deyil”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.