Türkiyəli nazir: “Biz Azərbaycanla əlaqələrimizi gücləndiririk, Qərb ayağa qalxır”

6-10-2022, 12:16           
Türkiyəli nazir:
“Biz Azərbaycanla əlaqələrimizi gücləndiririk, Qərb ölkələri ayağa qalxırlar”.

“Report” Türkiyə mətbuatına istinadən xəbər verir ki, bunu ölkənin əmək və sosial müdafiə naziri Vedat Bilgin deyib.

Nazir qeyd edib ki, Türk Dövlətlər Təşkilatı fövqəladə əhəmiyyətli qurumdur:

“ABŞ terror təşkilatlarını silahlandırır və dəstəkləyir. Avropa İttifaqı da Avropa ölkələri ilə struktur yaratmağa çalışdı, amma bacarmadı. Türkiyə də belə bir struktur yaratmağa çalışır. Biz Azərbaycanla əlaqələrimizi gücləndiririk, onlar ayağa qalxırlar”.

Vedat Bilginin sözlərinə görə, Türkiyə qlobal bir təşkilat qurmağa çalışır. Bu əməkdaşlıqlar nə qədər genişlənsə, Türkiyədə o qədər diqqət artacaq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru