İstanbuldakı terrorda şübhəli bilinən şəxs saxlanıldı

14-11-2022, 09:19           
İstanbuldakı terrorda şübhəli bilinən şəxs saxlanıldı
Türkiyə polisi bazar günü İstanbulun İstiqlal küçəsinə insan ölümü ilə nəticələnən bomba qoymaqda şübhəli bilinən şəxsi saxlayıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Süleyman Soylu bildirib.

Bir müddət əvvəl terror aktını qadının törətdiyi iddia edilirdi. Polisin saxladığı şəxs qadın olsa da, onun şəxsiyyəti açıqlanmır.

Soylu qeyd edib ki, izlər Ankaranın terrorçu elan etdiyi Suriyadakı kürd qruplaşmalarına aparıb çıxarır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru