"Türkiyə qaz qovşağı yaratmaq üçün hazırlıq işləri aparır" - Ərdoğan
5-12-2022, 08:13
Türkiyə mavi yanacağın Avropaya tədarük olunacağı qaz qovşağı yaratmağa hazırlaşır.
“Bildiyiniz kimi, Rusiya Prezidenti Vladimir Putin təbii qazın Türkiyə vasitəsilə Avropaya ötürülməsini təklif edib. Biz bu istiqamətdə hazırlıq işləri görürük”, - deyə Türkiyəi lider bildirib.
Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin “Şimal axını” qaz boru kəmərlərində təxribat hadisələrindən sonra Türkiyədə qaz qovşağı təşkil etməyi təklif etmişdi.